BAKI, 8 yan — Sputnik. Bakıda uşaq sanatoriyasında yanğın olub.
Sputnik Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Pirallahı rayonunda Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 225 kv.m olan ikimərtəbəli 3 saylı “Somatik” uşaq sanatoriyasının 1-ci mərtəbəsində sahəsi 40 kv.m olan otaqda 1 ədəd çarpayı və 1 ədəd yataq dəsti yanıb, yüksək temperaturdan 1 ədəd “Samsung” markalı kondisioner əriyib.
Yanğın zamanı 24 nəfər (16 nəfəri uşaq olmaqla) yanğınsöndürənlər tərəfindən təxliyə olunub.
Otağın qalan hissəsi və sanatoriya binası yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.