CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtın daha bir küçəsi təmir olundu

© “Azəryolservis” ASCƏhməd Cəmil küçəsi
Əhməd Cəmil küçəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Əhməd Cəmil küçəsinin əsaslı şəkildə təmir olunan hissəsi Əbdürəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri arasında yerləşir.

BAKI, 8 yan — Sputnik. Bakının daha bir küçəsi artıq yeni görkəmdədir.

“Azəryolservis” ASC-dən Sputnik-ə verilən məlumata görə, belə ərazilərdən biri də Yasamal rayonu Əhməd Cəmil küçəsidir. Əhməd Cəmil küçəsinin əsaslı şəkildə təmir olunan hissəsi Əbdürəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri arasında yerləşir. Bu hissənin ümumi uzunluğu 613 metr, eni isə 12 metrdir.

Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü frez maşınları ilə qaşınaraq ərazidən daşınıb. Deformasiyaya uğramış köhnə yol yatağı qazılaraq çıxarılıb və əvəzinə 50-60 santimetr qalınlığında yeni yol əsası tikilib. Daha sonra 2 qat və 10 santimetr qalınlığında olmaqla təqribən 8 min kvadratmetr sahəyə yeni asfalt-beton örtüyü döşənib.

Kompleks şəkildə “Azəryolservis” ASC tərəfindən aparılan işlər zamanı küçə boyu yeni yağış-kanalizasiya sistemi də qurulub, zəruri olan yerlərə 11 ədəd yeni yağış barmaqlığı qoyulub. Bundan başqa, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 31 ədəd baxış qapağı yenisi ilə əvəzlənib.

Təmir-tikinti işləri çərçivəsində zəruri olan yerlərdə mövcud piyada səkiləri təmir olunaraq asfaltlanıb. Səkilərin kənarlarına ümumilikdə 1300 poqon metr yeni səki daşı düzülüb.

Xəbər lenti
0