BAKI, 8 yan – Sputnik. Rusiyanın sanksiya tətbiq etməsi səbəbilə ticari gəlirləri azalan Türkiyə, yaranan boşluğu doldurmaq üçün “yol xəritəsi” planı hazırlayıb. Planı ölkənin İqtisadiyyat Nazirliyi tərtib edib. Buna görə, Türkiyə Azərbaycan və Qazaxıstanla fərqli ticarət müqaviləsi imzalayacaq.
Sputnik Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazirlik Rusiya bazarında itirdiklərinin yerini Azərbaycan və Qazaxıstanla ticarətin həcmini artırmaqla doldurmağı nəzərdə tutub.
Məlumata görə, müqavilə 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək.