Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Türk diplomatların hesabını dondurmaq Vyana sazişinə ziddir"

© Photo : Şəxsi arxivindənYusuf Çınar - Türkiyənin Strateji Baxış İnstitutunun rəhbəri, politoloq
Yusuf Çınar - Türkiyənin Strateji Baxış İnstitutunun rəhbəri, politoloq - Sputnik Azərbaycan
Abunə olmaq
Yusuf Çınar: "Türkiyə Britaniyanı Vyana sazişinə əməl etməyə çağıraraq, diplomatik vasitələrlə problemin həllinə çalışacaq"

BAKI, 8 yan — Sputnik. Xəbər verdiyimiz kimi, Böyük Britaniya Kral Məhkəməsi, yunan Kiprinin istəyi ilə türk diplomatların maliyyə hesablarını dondurub. Bu isə, İngiltərədə fəaliyyət göstərən bir neçə türk rəsmisinin maaşlarını ala bilməməsinə səbəb olub.

Kipr məhkəməsində Türkiyə əleyhinə qaldırdıqları 100 milyon avroluq iddianı qazanan yunanlar "Bir Avropa Birliyi ölkəsinin verdiyi qərarı başqa bir AB ölkəsi də icra etməlidir" şəklində təqdim edərək, Kipr məhkəməsinin qərarının Böyük Britaniyada tətbiqini tələb etmişdilər. Nəticədə onlar öz istəklərinə nail olublar. Kral Məhkəməsi Türkiyə ilə bağlı hər hansı bir iddiaya baxmadan və türk tərəfinə heç bir xəbər vermədən yunanların tələbini qəbul edərək, səfirliyin və orada işləyən diplomatların hesabları başda olmaqla, İngiltərədəki bəzi türk hesabları blok edib.

судебный молоток - Sputnik Azərbaycan
Türk diplomatların Britaniyadakı hesabları donduruldu

Sputnik-ə açıqlamasında məsələyə münasibət bildirən Türkiyənin Strateji Baxış İnstitutunun rəhbəri Yusuf Çınar, Böyük Britaniya məhkəməsinin Vyana sazişinə zidd davrandığını söyləyib.

"Vyana konvensiyasına əsasən, hökumətlər arasında, diplomatların qarşılıqlı sərbəst səyahəti, toxunulmazlığı zəmanət altına alınır. Diplomatlar başqa ölkənin qanunları ilə istintaqa cəlb oluna bilməzlər. Ona görə də İngiltərə, Türkiyə Respublikası vətəndaşlarının hesablarını bu formada blok edə bilməz, çünki bu Vyana sazişinə ziddir", —siyai şərhçi bildirib.

Politoloqun fikrincə, Türkiyə İngiltərəni Vyana sazişinə əməl etməyə çağıraraq, diplomatik vasitələrlə problemin həllinə çalışacaq.

Xəbər lenti
0