Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycanın böhran büdcəsində nələr olacaq?

© Sputnik / Farid Babayevmanat
manat - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər çıxış yolunu dövlət xərclərinin azaldılmasında, ixrac yönümlü malların, eləcə də daxili istehsalın stimullaşdırılmasında və sahibkarlığın inkişafında görürlər

Azərbaycanın böhran budcəsində nələr olacaq?
BAKI, 8 yan — Sputnik. 2016-cı ilin büdcə gəlirləri 2015-ci illə müqayisədə təxminən 25% (5 milyard manat) ixtisar edilirsə belə, bu büdcənin tam icra edilib-edilməyəcəyi sual altında qalıb. Ölkə Prezidentinin büdcəyə dəyişiklik edilməsi haqda səsləndirdiyi fikirlərdən sonra isə bu mövzu daha da aktuallaşıb.

İqtisadçı ekspert Pərviz Heydərov Sputnik-ə açıqlamasında bildirdi ki, may ayında büdcəyə yenidən baxmağa ehtiyac yaranacaq: "Burada bir təhlükə mövcuddur ki, cari ilin büdcəsində neftin qiyməti 50 dollardan götürülüb. Ancaq real olaraq neftin qiyməti 40 dollardan xeyli aşağıdır. Hətta verilən proqnozlara əsasən, onun 30 dollara qədər və ondan da aşağı düşmək ehtimalı var".

© Facebook/Parviz HeydarovPərviz Heydərov - iqtisadçı-ekspert
Pərviz Heydərov - iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Pərviz Heydərov - iqtisadçı-ekspert

O hesab edir ki, belə şəraitdə, yəqin ki, büdcənin proqnoz göstəricilərinə may ayında yenidən baxmağa ehtiyac yaranacaq: "Eyni zamanda, orada korrektələr etməyə zərurət olacaq".

İqtisadçı ekspert Nazim Məmmədov da büdcəyə yenidən baxılacağını istisna etmir. "Neftin qiyməti ilə bağlı hökümət də bunu dəfələrlə qeyd edib və cənab Prezidentin ilin sonuna verdiyi açıqlamalar da onu göstərir ki, 2016-cı ildə may ayına qədər büdcəyə yenidən baxıla bilər", —deyə o, Sputnik-ə açıqlamasında bildirdi.

© facebook/Nazim MammadovNazim Məmmədov - iqtisadçı-ekspert
Nazim Məmmədov - iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Nazim Məmmədov - iqtisadçı-ekspert

N.Məmmədov ehtimal edir ki, büdcənin hansısa maddələri dəyişdirilə bilər: "Yəni investisiya layihələrinə ayrılan vəsaitlər azaldıla, sosial yönümlü xərclər isə artırıla bilər".

Buna baxmayaraq ekspertlər də bu mövzuda tam dəqiq fikir bildirə bilmirlər. Pərviz Heydərov hesab edir ki, ilin ortalarında dünya neft bazarında qiymətlər sabitləşə bilər: "Neftin qiymətinin cari ilin birinci rübü ərzində kritik səviyyədə olacağı güman edilsə də, ilin ortalarına doğru dünya neft bazarında qiymətlərin sabitləşəcəyi gözlənilir. Mən belə hesab edirəm ki, hələlik bu haqda danışmaq, ümumiyyətlə cari ilin dövlət büdcəsinin icrası barədə konkret fikir söyləmək hələ tezdir".

Ekspert onu da əlavə edib ki, dövlət büdcəsində sosial ödənişlər nöqteyi nəzərdən 2016-cı ildə heç bir təhlükə gözlənilmir: "2016-cı ilin dövlət büdcəsi qəbul edilən zaman manatın ikinci devalvasiyası baş verməmişdi. Bu da o deməkdir ki, Dövlət Neft Fondundan dövlət büdcəsinə 6 milyard manat vəsait transfer etmək nəzərdə tutulmuşdu. Bu, devalvasiyadan əvvəlki kursla götürəndə DNF üçün dollar ifadəsində başqa məbləği ifadə edirdi. Amma devalvasiya nəticəsində bir növ DNF-un transfer edəcək məbləğ onun üçün əvvəlki səviyyədə yük xarakteri daşımır. Dövlət büdcəsindən sosial ödənişlər bilavasitə dövlət büdcəsindən transfer hesabına həyata keçirilir. Yəni, dövlət büdcəsində sosial ödənişlər nöqteyi nəzərdən 2016-cı ildə heç bir ciddi təhlükə gözlənilmir".

Oxşar vəziyyətdən çıxış yolunu isə ekspertlər dövlət xərclərinin azaldılmasında, ixrac yönümlü malların, eləcə də daxili istehsalın stimullaşdırılmasında və sahibkarlığın inkişafında görürlər.

Xəbər lenti
0