CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Meteohəssas insanların nəzərinə

© joyreactorqış, qar, günəş
qış, qar, günəş - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxtda isti, regionlarda isə -12 dərəcəyədək şaxta olacaq.

BAKI, 8 yan-Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir.

Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, Bakıda və Abşeron yarımadasında yanvarın 09-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, axşama doğru isə yağış yağacağı ehtimalı var.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında və Bakıda gecə 3-5 dərəcə, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 750 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 9-da hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 7-12 dərəcəyədək şaxta, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir.

Yanvarın 9-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi, xəzri küləyinin güclənməsi meteohəssas insanlarda narahatlıq yarada bilər. Yanvarın 10-11-də iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.

Xəbər lenti
0