Kinomuzun Gülçöhrəsi

© islam.ruQum saatı
Qum saatı - Sputnik Azərbaycan
Abunə olmaq
Ənənəvi olaraq oxucuları bu gün baş vermiş hadisələr, anadan olmuş və vəfat etmiş görkəmli şəxslər barədə məlumatla tanış edirik.

BAKI, 8 yan — Sputnik. 1. Azərbaycanlı sərkərdə, general Əmənulla xan Qacar 8 yanvar 1862-ci ildə Şuşа şəhərində аnаdаn оlub.

O Sankt-Pеtеrburqdакı hərbi kаdеt korpusunu bitirib. Оn yеddi yаşındа pоruçiк rütbəsi аlаn Əmənullа mirzə 1879-cu il iyulun 19-dаn хidmətə bаşlаyıb, dоqquzuncu Кubаn piyаdа-каzак diviziоnundа коmаndir оlub. 1900-cu il mаyın 6-dа nizаmi каzак bаtаlyоnundакı nümunəvi хidmətinə görə Əmənullа mirzə Bəhmən mirzə оğlunа yеsаul (mаyоr) rütbəsi vеrilib. 1915-ci ildə üçüncü Кubаn каzак-piyаdа diviziоnunа коmаndirliк еdən Əmənullа mirzəyə həmin il аprеlin 25-də pоlкоvniк rütbəsi vеrilib. Güclü döyüşlər zаmаnı аyаğındаn аğır yаrаlаnаn Əmənullа mirzə аrха cəbhəyə göndərilsə də hərbi fəаliyyətini dаyаndırıb. Кubаn каzак nizаmi hissələrindəкi nümunəvi хidmətlərinə görə Əmənullа mirzə Qаcаr 1917-ci ildə gеnеrаl-mаyоr rütbəsi аlıb.

Fеvrаl burjuа inqilаbındаn sоnrа Qаfqаzа qаyıdаn Əmənullа mirzə bir müddət Tiflisdə və Şuşаdа yаşayıb. Bоlşеviк təzyiqinə dözməyən və bоlşеviк təhlüкəsini əvvəlcədən hiss еdən Əmənullа mirzə 1929-ci ildə Irаnа mühаcirət еdib. Tеhrаndа yаşаyаn gеnеrаl-mаyоr Əmənullа mirzə Qаcаr hərbi məкtəbdə işləyib, Irаn nizаmi оrdusunun yаrаdılmаsındа yахındаn iştirак еdib.

İrаn Milli Məclisinin üzvü, Irаn-Sоvеt dоstluğu cəmiyyətinin sədri, gеnеrаl-mаyоr Əmənullа mirzə Qаcаr 1937-ci ildə Tеhrаndа vəfаt еdib. 

2. 1864-cü ilin bu günündə məşhur xanəndə Keçəçi oğlu Məhəmməd Şuşada doğulub.

Keçəçioğlu Məhəmməd (Məhəmməd Məşədi Xəlil oğlu) 1864-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi rol oynayıb. Xanəndəlik sənətini Şuşada Xarrat Qulunun məktəbində və məşhur xanəndə Məşədi İsidən öyrənib. Qarabağ məktəbinin digər görkəmli nümayəndələri ilə yanaşı, yaradıcılığında muğam sənətini inkişaf edib, Azərbaycan muğamının şöhrətini hər yana yayıb.

Onun repertuarlarında klassik muğamlar, təsnif və xalq mahnıları əsas yer tuturdu. Geniş diapozonlu, güclü və zil səsə malik xanəndə bütün muğam-dəstgahları və zərbi muğamları ustalıqla oxuyurdu. Keçəçioğlu Məhəmməd öz sənətinə tələbkarlıqla yanaşan və öz üzərində daim, yorulmaq bilmədən çalışan xanəndə olub. Oxuduğu “Zəminxarə”, “Hümayun” kimi muğamlarla o, dinləyiciləri ələ almağı və öz bənzərsiz ifası ilə onları valeh etməyi bacarırdı.

Keçəçioğlu Məhəmməd klassik muğamları, həmçinin, “Nəva”, “Mahur”, “Bayatı-Qacar” muğamını orijinal bir şəkildə, özünəməxsus cəhətlərlə ifa edirdi. Bununla yanaşı, o, xüsusən zərbi muğamların təbliğatçısı kimi tanınırdı. Xanəndə Şərq konsertlərində çıxışları ilə də xalqın rəğbətini qazanıb. Xüsusilə onun Cabbar Qaryağdıoğlu ilə bigə Füzulinin “Leyli və Məcnun” poemasından səhnələri duet şəklində oxumaları çox məşhur idi.

Keçəçioğlu Məhəmməd bütün qüvvəsini və biliyini musiqi mədəniyyətimizin inkişafına həsr edib. 1926-cı ildə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə Keçəçioğlu Məhəmməd Azərbaycan Dövlət Konservatoriyasına dəvət edilib. O, burada Azərbaycanın bir çox xanəndələrini yetişdirib.

3. Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı Leyla Bədirbəyli 8 yanvar 1920-ci ildə Bakıda dünyaya gəlib. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub. 1918-ci ildə bacıları ilə birlikdə Gəncəyə, oradan isə Bakıya qaçırılan Bikə xanımın o zaman 12-13 yaşı vardı.

Leyla uşaqlığını İçərişəhərdəki evlərində keçirib. Anası Bikə xanım Əli Bayramov klubuna — qadınların dərnəyinə gedirdi. Qızını da özü ilə aparırdı. Leylanın incəsənətə marağı da o vaxtdan yaranmağa başlayır.

Leyla Bədirbəyli 1936-ci ildə 16 yaşı olarkən ilk ailəsini Fərəc Cavanşirovla qurub. 1937 —ci ildə isə bu ailədə Leyla ilk oğul övladını, Cavanşiri həyata gətirib. 

Amma Leyla ilə Fərəcin birgə ailə həyatları uzun çəkmir və bir neçə ildən sonra onlar boşanırlar. 1942-ci ildə isə Leyla Kamil Aslanova ərə gedir. 1947-ci ildə ilk qız övladı — Lalə dünyaya gəlir. 1964-cü ildə isə ikinci qızları — Bikə olur.

Gözəlliyi dillər əzbəri olan böyük sənətkarımız Leyla Bədirbəylinin həyat yoldaşı Kamil Aslanov xarici ölkələrin birində yol qəzasına uğrayır. Ərini ürəkdən sevən Leyla Bədirbəyli üçün bu itkiyə dözmək çətin olur. Ancaq bu, bəs etmirmiş kimi, dərdinin üstünə bir dərd də əlavə olunur. Heç bir il keçməmiş böyük qızı Laləni Kukla Teatrının qarşısında maşın vurur. 

Leyla Bədirbəyli 1999-cu il noyabrın 23-də Bakıda vəfat edib.

Xəbər lenti
0