BAKI, 7 yan — Sputnik. Somali hökuməti Tehran-Ər-Riyad münaqişəsi fonunda İranla diplomatik münasibətləri dayandırıb.
Sputnik-in məlumatına görə, Somalinin Xarici İşlər Nazirliyi İrandakı səfirini geri çağırıb. Eyni zamanda iranlı diplomatlara Somalini tərk etmək üçün 72 saat vaxt verib. "Bu addım İranın Somalinin daxili işlərinə faciləsiz olaraq müdaxilə etməsinə cavab olaraq atılıb" — deyə Somali XİN-in bəyanatında bildirilir.
Yanvarın 3-də Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib. Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginləşməsinə səbəb şiə din xadimi, vaiz Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsi olub.