BAKI, 7 yan – Sputnik. Türkiyənin Əskişəhər Osmanqazi Universitetinin həkimi Adnan Ayhancı, tamamilə yerli hemoqlobin əsaslı süni qan istehsalında ilkin işlərin uğurla başa çatdığını deyib.
Sputnik TRT-yə istinadən bildirir ki, yeni layihə ilə qana olan ehtiyacın aradan qaldırılacağı bildirilib.
Tibb elmləri doktoru Adnan Ayhancı bildirib ki, süni qan istehsalı artıq Türkiyədə gerçəkləşib: “Qan banklarından qan alındıqdan sonra bir aydan çox saxlamaq mümkün olmur, dərhal pozulur. Halbuki süni qanı istehsal olunduqdan sonra bir il saxlamaq mümkündür”.
Ayhancı süni qanın ani və təcili ehtiyac olduqda istifadə edilə bilǝcǝyini, hər cür qan qrupuna uyğun gəldiyini bildirǝrǝk deyib ki, istǝdilən qədər süni qanı sürətli və daha ucuz istehsal etmək olar: “Bundan başqa insanlara yeridilən bu süni qan, zaman içində bədəndən təbii yollarla da tǝmizlǝnir”.