İran vətəndaşlarına ümrə ziyarətini qadağan edib

© saifuddinlakda.wordpress.comMəkkə, Minə dağı
Məkkə, Minə dağı - Sputnik Azərbaycan
Abunə olmaq
İran Səudiyyə Ərəbistanı ilə yaşadığı gərginlikdən sonra vətəndaşlarına ümrəni də qadağan edib.

BAKI, 7 yan — Sputnik. İran Səudiyyə Ərəbistanı ilə yaşadığı gərginlikdən sonra vətəndaşlarına ümrəni də qadağan edib. 

Sputnik Türkiyənin sabah.com.tr saytına istinadla xəbər verir ki, Səudiyyə  Ərəbistanının  İranla iqtisadi və siyasi əlaqələrini kəsməsindən sonra  İrandan da cavab gəlib. İran bütün Səudiyyə Ərəbistanı mənşəli məhsulları, eyni zamanda vətəndaşlarına ümrəni qadağan edib.

İran hökuməti ümrə qadağasının ikinci bir  əmrə qədər davam edəcəyini açıqlayıb.

Xəbər lenti
0