Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

"Azərbaycan çox çətin seçimə sürüklənir"

Abunə olmaq
"Suriyada müharibə, Ukraynada vəziyyətin ağır olması və bu kimi dünyada baş verən proseslər Qarabağ problemini arxa plana atıb. Biz özümüz bu problemi aktual saxlamalıyıq. Heç kəs bizim əvəzimizə bu problemi həll edən deyil"

"Ölkədə və qonşu ölkələrdə olan müharibə şəraiti və mübarizələri Azərbaycanı çox çətin seçimə sürükləyir. Doğrudur, Azərbaycan balaslaşdırılmış xarici siyasət irəli sürüb, amma bu siyasəti indiki vəziyyətdə davam etdirmək günü-gündən çətinləşir. Amma hər halda bu siyasətdə qalmağımız bizim xeyrimizədir. Hərdən seçim qarşısında da qalırıq. Hansı tərəfdə olmağımız kimi suallarla rastlaşırıq".

Sputnik xəbər verir ki, bu açıqlamanı bu gün "Sputnik Azərbaycan"ın mətbuat mərkəzində, "Dağlıq Qarabağ: 2015-ci ilin yekunları və 2016-ci ildəki perspektivlər" mövzusunda keçirilən mətbuat konfransında, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu səsləndirib. O, ilin yekunları ilə bağlı sorğu keçirdiklərini bildirib: "Sorğu 500 nəfər arasında keçirildi və gəldiyimiz nəticə bundan ibarətdir ki, ölkədə və regionda vəziyyət gərgindir".

Politoloqun sözlərinə görə, sorğunun nəticələri onu deməyə əsas verir ki, qonşu dövlətlərlə münasibətdə düzgün addımlar atılmalıdır: "Onlarla münasibətlər normal olmalıdır və inkişaf etdirilməlidir. Respondentlər, həmçinin Qərb institutları və Türkiyə ilə əməkdaşlığın gücləndirilməsini vacib hesab edirlər. O  ki qaldı Dağlıq Qarabağ məsələsinə, Ermənistana təzyiq olmayana qədər Ermənistan masa üzərində Dağlıq Qarabaq münaqişəsinin həllində maraqlı olmayacaq".

E.Şahinoğlunun sözlərinə görə, sorğuda respondentlərə "Hansi dövlətlər Azərbaycanın müttəfiqləridir?" sualı da ünvanlanıb: "Cavablar sırasında ən çox 5 dövlətin adı çəkilib: Türkiyə, Pakistan, Gürcüstan, Səudiyyə Ərəbistanı və ABŞ. Qeyd edim ki, Səudiyyə Ərəbistanı 3 dövlətdən biridir ki, işğal faktına görə  Ermənistanla diplomatik münasibətləri yoxdur".

Mərkəz rəhbəri Rusiya və İranla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsini də mühüm sayır: "İndi belə siyasət yürüdülür ki, Azərbaycan nəqliyyat ölkəsinə, yəni nəqliyyat xətlərinin keçdiyi ölkəyə çevrilir. Ələtdə gəmi limanının tikilməsi nəticəsində Çindən gələn mallar Bakı-Tibilisi-Qars qatar xətti vasitəsilə bütün Avropaya çatdırılacaq. Hətta hələ liman hazır olana kimi Çin malları Gürcüstan üzərindən çatdırıla bilər".

Sputnik əməkdaşının "Avropa dövlətləri Qarabağ münaqişəsinin həllində maraqlı deyillər. Bu halda Ermənistana hansı təziqlərdən söhbət gedə bilər və bu zaman Azərbaycan nə etməlidir?" sualına E.Şahinoğlu belə cavab verib: "Tamamilə haqlısınız. Bunu tək jurnalistlər demir, hətta Qərbin ekspertləri də, siyasətçiləri də deyir. Bəzən Ukrayna ilə bağlı fikirlər yaranır ki, niyə dünya onların vəziyyətləri ilə maraqlanır, amma bizim münaqişə ilə maraqlanmır. Bu, xarici siyasətlə bağlıdır. Azərbaycan xarici siyasətdə hədəflərini tam müəyyən etməyib. Əgər biz xarici siyasətdə hədəfimizi tam müəyyənləşdirsəydik, bəlkə də fərqli reaksiyalar ala bilərdik. Hal-hazırda Suriyada müharibə, Ukraynada vəziyyətin ağır olması və bu kimi dünyada baş verən proseslər Qarabağ problemini arxa plana atıb. Biz özümüz bu problemi aktual saxlamalıyıq. Heç kəs bizim əvəzimizə bu problemi həll edən deyil".

Qeyd edək ki, konfransda siyasi ekspertlər Nicat Səmədoğlu, İlqar Vəlizadə və Oqtay Cəbrayılzadə də iştirak edib.

Xəbər lenti
0