CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Ev almaq istəyənlər tələssin, qiymətlər kəskin qalxacaq"

© Sputnik/Fuad HasanovDaşınmaz əmlak agentliyi
Daşınmaz əmlak agentliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Manatın dəyərdən düşməsi və dolların bahalaşması ilə ələqədar, tikinti materiallarının qiymətlərinin günü-gündən qalxdığını bildirən ekspertin sözlərinə görə, materiallar bahalaşdıqca da evlərin qiyməti qalxacaq"

BAKI, 7 yan — Sputnik. "Kimsə evlərin qiymətinin bundan da aşağı düşəcəyini gözləməsin. Almaq istəyən indi alsın".

Bunu Sputnik-ə açıqlamasında daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib. Manatın dəyərdən düşməsi və dolların bahalaşması ilə ələqədar, tikinti materiallarının qiymətlərinin günü-gündən qalxdığını bildirən ekspertin sözlərinə görə, materiallar bahalaşdıqca da evlərin qiyməti qalxacaq.

"Təsəvvür edin, taxtanın kubu 180 manatdan 300 manata, armaturun qiyməti isə 700 manatdan 1050 manata qalxıb. Nə qədər ki, bu bahalıq ev qiymətlərinə təsir etməyib, insanlar mənzil almağa tələssinlər", —deyə o vurğuladı.

© Sputnik / Fuad HasanovƏmlak eksperti Nüsrət İbrahimov
Əmlak eksperti Nüsrət İbrahimov - Sputnik Azərbaycan
Əmlak eksperti Nüsrət İbrahimov

N.İbrahimov tövsiyyə edir ki, imkanı olanlar evi indi alsınlar, sonra gec olacaq: "Çünki bunun üçün əla fürsətdir. Mənzil qiymətləri ən aşağı səviyyələrə enib. 22-23 % ucuzlaşma var. 2-3 ay sonra isə tam fərqli və baha qiymətlər olacaq. Daxili bazarda alqı-satqı manatla aparılır, yerli məzənnə dollar qarşısında dəyər itirdikcə evlərin manatla qiyməti də o qədər qalxacaq".

Həyət evlərində isə artıq bahalaşma müşahidə olunmağa başlayıb. Masazır qəsəbəsində ev-alqı satqısı ilə məşğul olan rieltor Ruslan Turabov, bina evləri ilə müqayisədə həyət evi və villaların devalvasiyadan dərhal sonra bahalaşdığını bildirib.

"Həyət evlərini daha çox maklerlər tikib satırlar. Fərdi tikinti olduğu üçün materiallardakı qiymət artışı evin qiymətində də əks olunur. Binalarda isə vəziyyət bir az fərqlidir. Çünki qiymət kvadrat metrə görə hesablanır", —deyə mütəxəssis bildirdi.

© Sputnik/Fuad HasanovMakler Ruslan Turabov
Makler Ruslan Turabov  - Sputnik Azərbaycan
Makler Ruslan Turabov

Hal-hazırda paytaxtın, demək olar ki, bütün rayonlarında kəskin ucuzlaşma müşahidə olunur. İstər köhnə, istərsə də yeni tikilən binalarda mənzillər ən aşağı qiymətlərlə satılır. Ucuzlaşma daha çox Səbail, Yasamal və Nəsimi rayonlarında özünü göstərir.

Xəbər lenti
0