Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Exchange"lərə dollar qadağası

© Sputnik / Mikhail Kutuzov / Mediabanka keçidДенежные купюры
Денежные купюры - Sputnik Azərbaycan
Abunə olmaq
Mərkəzi Bankın qəbul etdiyi yeni Qaydalara əsasən, bundan sonar ölkədə fəaliyyət göstərən mübadilə şöbələrində bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmalıdır.

BAKI, 7 yan — Sputnik. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qəbul etdiyi yeni Qaydalara əsasən, bundan sonra ölkədə fəaliyyət göstərən mübadilə şöbələrində bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmalıdır. Sputnik Mərkəzi Bankın mətbuat xidmətinə istinadən xəbər verir ki, indiyə qədər qüvvədə olmuş Qaydalara əsasən, mübadilə şöbəsində bir müştəriyə 5000 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılırdı.

Qızıl və dollar - Sputnik Azərbaycan
Bakıda lombardlar da krediti dollarla tələb etməyə başladı

Yeni qaydalara görə, həmçinin bank çıxarışında fiziki şəxsin soyadı, adı, atasının adı və şəxsiyyəti təsdiq edən sənədin adı, seriya və nömrəsi, verilmə tarixi, təqdim edən dövlət orqanının adı əksini tapmalıdır. Mübadilə şöbəsi əməliyyatları apararkən "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunda nəzərdə tutulmuş tələblərə də riayət edilməlidir.

Məsələni Sputnik-ə şərh edən iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, yeni qaydalarda nəzərdə tutulan şərtlər elə də böyük problem yaratmayacaq.

© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli, iqtisadçı-ekspert
Natiq Cəfərli, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Natiq Cəfərli, iqtisadçı-ekspert

"Əslində dünyanın bir çox yerlərində hətta 100 dollar belə xırdalayanda sizdən şəxsiyyəti təsdiq edən sənəd və yaxud da pasport istəyirlər. Avropa ölkələrinin bir çoxunda bu qaydalar var", —deyə ekspert bildirdi.

N.Cəfərlinin fikrincə, problem odur ki, hər bir qərar Azərbaycanda indiki durumda daha çox ajiotaja səbəb olur: "Yəni, makroiqtisadi göstəriciləri, ciddi şəkildə iqtisadi prosesləri anlamayan sadə vətəndaşın ilk düşündüyü bu olacaq ki, vəziyyət pisdir, artıq 500 dollardan artıq satmırlar. Mərkəzi Bankın hər açıqlamasında bazar sakitləşməkdənsə, daha çox narahat olurlar".

Xəbər lenti
0