Ərdoğan İranı ikiüzlü adlandırdı

© Murat Cetinmuhurdar/Pool Photo via APƏrdoğan Prezident Sarayında
Ərdoğan Prezident Sarayında - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti: Suriyada 400 min insan öldürüldü. Buna səssiz qalanlar bir nəfərin edamına görə dünyanı ayağa qaldırmağa çalışır.

BAKI, 6 dek — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bugün İstanbulda keçirilən konfransda İrana sərt ismarıclar göndərib. Sputnik Türkiyə NTV-nə istinadən xəbər verir ki, Ərdoğan Səudiyyə Ərəbistanında edam olunan şiə din alimi Ayətullah Nemr-ə görə dünyanı ayağa qaldırmağa çalışan İranı ikiüzlülükdə təqsirləndirib.

"Suriyada 400 min insan öldürüldü. Buna səssiz qalanlar bir nəfərin edamına görə dünyanı ayağa qaldırmağa çalışır. Qatil Bəşər Əsədə siyasi dəstək, pul, silah, hər şey verirsiniz. Dünya bütün bunları çox yaxşı görür. Səs-küy salmaqla özünüzü təmizə çıxara bilməyəcəksiniz".

Türkiyə prezidenti edam məsələsinin bir ölkənin daxili hüquqi işi olduğunu xatırladaraq, Tehranda Səudiyyə Ərəbistanı səfirliyinin yandırılmasına görə İranı qınadığını da açıqlayıb.

Şiə din alimi Ayətullah Nemr bir neçə gün öncə ölkədə xaos çıxarmaq, dövlət çevrilişinə cəhd səbəbilə edam olunmuşdu.

Xəbər lenti
0