Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Dərman qadağası konkret ölkələrə şamil edilmir

Abunə olmaq
Azərbaycan Səhiyyə nazirliyinin Analitik ekspertiza mərkəzi mütəmadi olaraq bütün ölkə üzrə dərman vasitələrinin monitorinqini həyata keçirir. Bu və ya digər preparatın qeydiyyatı və satış üçün lisenziyası olmadıqda bütün seriya dövriyyədən çıxarılır.

Bu gün hər birimizi dərman vasitələri bazarında baş verənlər, o cümlədən preparatların qiymətləri maraqlandırır. Bu günlərdə Səhiyyə nazirliyi tərəfindən dərc olunmuş qadağan edilən dərman vasitələrinin siyahısı əhali arasında böyük ajiotaja səbəb olub.

Sosial şəbəkələrdə fəal surətdə dövriyyədən çıxarılan dərmanların siyahısı müzakirə olunur. Vətəndaşlar artıq illərlə etibar etdikləri istehsalçının dərmanlarını ala bilməyəcəklərindən narahatdırlar. Yaranmış vəziyyəti Sputnik-in müxbirinə Səhiyyə nazirliyinin Analitik ekspertiza mərkəzinin dərman vasitələrinin keyfiyyətinə nəzarət şöbəsinin müfəttişi Adil Əfəndiyev şərh edib. Onun sözlərinə görə, qadağan preparatların satışdakı adlarına deyil, müəyyən seriyasına tətbiq edilib.

"Bizim vətəndaşlar arxayın surətdə aptekə daxil olaraq indiyədək istifadə etdikləri dərmanı ala bilərlər. Qadağan yalnız bu və ya digər dərmanların seriyasına aiddir", — deyə Əfəndiyev bildirib.

Onun sözlərinə görə, qadağanın səbəbi nazirliyin xüsusi icazəsinin olmamasıdır.

"Ölkəyə gətirilən hər bir vasitə protokol üzrə qeydiyyatdan keçməli və keyfiyyət sertifikatı almalıdır. Mərkəzin rəsmi saytında göstərilmiş 844 dərman preparatı seriyası ölkəyə Səhiyyə nazirliyinin icazəsi olmadan idxal edilib", — deyə Əfəndiyev vurğulayıb.

Qeyd edək ki, onların dövriyyədən çıxarılması bu dərmanların ölkədə satılmayacağı anlamına gəlmir. Mərkəzin məlumatına əsasən, qanunu pozanlar monitorinqin gedişində aşkar ediliblər. Daha öncə məlumat verildiyi kimi, ümumilikdə dövriyyədən Rusiya, Türkiyə, Hindistan, Rumıniya, Danimarka, İordaniya, Gürcüstan, Ukrayna, Polşa, Misir, Almaniya, Belarus və s. ölkələrdə istehsal olunmuş dərman vasitələri çıxarılıb.

Xəbər lenti
0