Türk generaldan amerikalı həmkarına 3 kritik mesaj

© AP Photo / Burhan OzbiliciHulusi Akar, Türkiyə generalı
Hulusi Akar, Türkiyə generalı - Sputnik Azərbaycan
Abunə olmaq
Ankarada mühüm görüş: Türkiyə Yaxın Şərqlə bağlı "qırmızı xəttini" açıqlayacaq

BAKI, 6 yan — Sputnik. Birləşmiş Ştatların baş qərargah rəisi Cozef Danford (Jozef Dunford) bu gün Ankarada türkiyəli həmkarı Hulusi Akarla görüşəcək. Sputnik Türkiyənin Star qəzetinin saytına istinadən xəbər verir ki, görüşdə Türk tərəfinin Suriya və İraqla bağlı öz "qırmızı çizgilərini" ABŞ ordu generalına çatdıracağı qeyd olunur. Xüsusilə də PKK terror təşkilatının Suriyadakı qolu olan PYD barəsində ABŞ-ın daha diqqətli olması istəniləcək.

Türkiyə Silahlı Qüvvələri - Sputnik Azərbaycan
Türk ordusu Suriyaya qoşun yeritdi

Baş Qərargah rəisi Hulusi Akarın amerikalı həmkarına 3 başlıqda mesaj verəcəyi bildirilir:

1. Rəsmi Ankara, PYD terrorçularının Əsəd rejimi ilə olan əlaqəsi səbəbilə, öz sərhəd təhlükəsizliyini qorumaq üçün terrorçuların Fərat çayının qərb sahillərinə keçişinə imkan verməyəcək;

2. Suriyada demoqrafik quruluşun pozulmasına Türkiyə seyirçi qalmayacaq. PYD ABŞ-ın hava əməliyyatlarından özünə de-fakto ərazi vahidi yaratmaq məqsədilə istifadə edir və bu təhlükəli vəziyyət gələcəkdə etnik təmizliyə qədər vara bilər.

3. İraq və Suriyanın ərazi bütövlüyü və siyasi birliyi Türkiyə üçün əsasdır. Türkiyə Yaxın Şərqdə parçalanmalara imkan verməyəcək. Əks təqdirdə, İraqda və Suriyada yeni vətəndaş müharibəsi qaçılmazdır.

Cozef Danford-un keçirəcəyi bütün görüşlər məxfilik xarakteri daşıdığı üçün mətbuata heç bir açıqlama verilməyəcək.

Xəbər lenti
0