Reytinqimiz aşağı düşür, nə edək?

© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli
Natiq Cəfərli - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, bunun üçün zamana və ciddi islahatlara ehtiyac var. Çox təəssüf ki, Azərbaycanda dövlət şirkətlərinin böyük əksəriyyəti rentabelsiz işləyir

Reytinqimiz aşağı düşür, nə edək?
Azərbaycanın həm dövlət şirkətlərinin, həm də banklarının beynəlxalq reytinqlərinin gələcəyi dumanlı görünür. Ekspertlərin fikirncə, neftin ucuzlaşması fonunda milli valyutanın iki dəfə devalvasiyaya uğraması həmin qurumların likvidliyinə mənfi təsir göstərib. Yüksək reytinqə malik olmayan şirkətlərimizin bundan sonra mövqelərinin pisləşməsi gözləniləndir. Artıq bəzilərinin mövqeyində geriləmələr müşahidə olunur.

Bununla bağlı “Sputnik” in suallarını iqtisadçı ekspert Natiq Cəfərli cavablandırıb.

- Ötən il ərzində manatın ucuzlaşmasının dövlət şirkətlərinin beynəlxalq reytinqinə nə kimi təsirləri oldu?

—  Beynəlxalq reytinqin olması və Azərbaycan şirkətlərinin də orada yer almasının həmin şirkətlər üçün bir çox müsbət xüsusiyyətləri var idi. Reytinq normal səviyyədə olduqda həmin şirkətlər xarici maliyyə institutlarından borclanarkən daha aşağı fazilə və daha uzun müddətli borclar ala bilirdilər. Bununla da öz inkişaflarını təmin edə bilirdilər. Beynəlxalq Reytinq Agentliyində şirkətlərin reytinqi nə qədər çox aşağı düşürsə bir o qədər də maliyyə bazarlarına çıxışı məhdudlaşır. Hətta çıxış əldə etdikdə belə həmin şirkətlər çox yüksək faizlərlə kreditlər cəlb etməyə məcbur olur. İndiki durumda da Azərbaycanın şirkətlərinin reytinqinin aşağı düşməsi və gələcəkdə daha aşağı düşmə ehtimalının yüksək olması həm Moods, həm Fitch, həm də SNG şirkətinin hər birində Azərbaycanın həm banklarının, həm də dövlət şirkətlərinin reytinqində azalmaya doğru meyl var. Bu da gələcək də Azərbaycan şirkətlərinin hətta dövlət zəmanəti ilə belə borclanmasında problem yaradacaq. Həm maliyyə resurslarına çıxış zəifləyəcək, həm də çıxış əldə edərkən Azərbaycan şirkətləri üçün faizlər daha yüksək olacaq.

- Mövcud durumda həmin şirkətlər beynəlxalq reytinqlərini necə qoruya bilərlər?

—  Bu dövlət şirkətlərinin idarə etməsində köklü dəyişikliklər etdikdən sonra növbəti qiymətləndirmədə yüksəlmə trendinə keçə bilərlər. Bunun üçün isə zamana və ciddi islahatlara ehtiyac var. Çox təəssüf ki, Azərbaycanda dövlət şirkətlərinin böyük əksəriyyəti rentabelsiz işləyir. Yəni gəlirsiz işləyir və dövlət dotasiyası hesabına ayaqda dururlar. Beynəlxalq Reytinq Agentliyi ölçərkən bu indiqatora çox ciddi fikir verirlər. Azərbaycan şirkətləri ayaqda qalmaq istəyirsə, mütləq rentabelliyini artırmalıdır. Rentabellik və effektiv idarə etmə artidqca onların reytinqində addım-addım yüksəliş ola bilər. Amma, bir şeydə var ki, dövlət şirkətləri olduqlarına görə onların reytinqlərinə ümumi ölkənin makro iqtisadi göstəriciləri də təsir göstərir. Neftin ucuzlaşmasından sonra makro iqtisadi göstəriciləri də xeyli dərəcə də zəifləyib.

- Beynəlxalq reytinqdən imtina, yaxud reytintinqin aşağı salınması həmin şirkətlərin gələciyinə necə təsir edəcək?

—  Bunların gələcəkdə daha çox dövlət büdcəsindən dotasiyalara ehtiyacını artıracaq. Dövlət büdcəmizdə də vəziyyət çoxda yaxşı deyil. Gəlirlərimiz azalır. Dövlət şirkətləri xarici maliyyə mənbələri tapmadıqda dövlət büdcəsinə müraciət etməli olacaqlar ki, oradan dotasiya alıb ayaqda dura bilsinlər. Büdcənin də gücü bu şirkətləri ayaqda saxlamağa yetməyə bilər. Bunun isə bu şirkətlərə çox mənfi təsirləri olacaq. Çox güman ki, həmin şirkətlərdə ciddi ixtisarlar olacaq ki, həm rentabellik artsın, həm də effektivlik yüksəlsin bunsuz çətin olacaq. 

Xəbər lenti
0