Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Cənubi Qafqazda rəqabət: Tiflis Bakıdan asılılığını azalda biləcəkmi?

© 112.uaqaz boru kəməri
qaz boru kəməri - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstanın İrandan qaz alması Azərbaycanın bu ölkədəki hegemonluğuna təsirsiz ötüşməyəcək

BAKI, 6 yan-Sputnik. «Gürcüstanın Ermənistan üzərindən İrandan qaz alması Azərbaycanın Gürcüstana nəql etdiyi mavi qazın həcminə təsir göstərəcək. Yəni azalmalar olacaq". Bu sözləri Sputnik-ə açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan
Vüqar Bayramov

 

Ekspertin fikrincə, Gürcüstan mavi qazın idxalını şaxələndirməyə çalışır: "Yumuşaq desək, Gürcüstan Azərbaycanın mavi qazından asılıdır. Hazırda Gürcüstan dünyada baş verən proseslər fonunda çalışır ki, mavi qaz idxalını şaxələndirsin. Bir ölkədən deyil, bir neçə ölkədən alsın. Ola bilər ki, Azərbaycanın Gürcüstan bazarında mövqeyi zəyifləsin. Amma bu, Azərbaycan-Gürcüstan münasibətlərinə təsir etməyəcək".
Vüqar Bayramlı əlavə edib ki, bu gün region ölkələri qaz idxalını şaxələndirməyə çalışırlar.

İqtisadçı-ekspert İlham Şaban isə Sputnik-ə açıqlamasında deyib ki, Gürcüstanın İrandan təbii qaz alması, Azərbaycanın bu ölkəyə satdığı qazın həcminə təsir etməyəcək: "Gürcüstan bazarı genişlənən bazardır. Çünki, qazlaşma gedir. Bundan əlavə, Gürcüstanda qaz ilə işləyən elektrik stansiyası istifadəyə verilib. Tələbat artıb. İranın verəcəyi əlavə qaz da bundan ötrüdür. Gürcüstanın SOCAR-ın qazını kəsib, əvəzində İrandan almaq niyyəti yoxdur. Onlar özlərinin əlavə tələbatlarını ödəmək üçün bunu edirlər".

© oxu.azİlham Şaban
İlham Şaban - Sputnik Azərbaycan
İlham Şaban

 

Ekspert bildirib ki, SOCAR-ın Gürcüstanda payı 85-87 faizdir: "Əvvəllər "BP-Azərbaycan" şirkəti 82 faiz Azərbaycan neftini hasil edirdi. İndi 80 faizə düşüb. Amma yenə də Azərbaycanda 1 nömrəli hasilatçıdır".

Xatırladaq ki, İran KİV-lərinin xəbərinə görə, Tehran Ermənistan vasitəsilə Gürcüstana təbii qaz nəql edilməsi üçün rəsmi Tiflislə danışıqlar aparır. İranın Milli Qaz Şirkətinin nümayəndəsi Əli Rza Kamili bildirib ki, Gürcüstanla əldə olunmuş razılığa əsasən, İran qazı Ermənistanla sərhədədək çatdıracaq, Gürcüstan isə onu Ermənistanla sərhəddə almalıdır: "Bununla yanaşı, razılaşma iqtisadi baxımdan Gürcüstan üçün sərfəli olmalıdır. Qaz tədarükünün həcmi 300-500 mln. kubfut təşkil etməlidir".

Gürcüstanın Energetika Nazirliyinin bu günlərdə yaydığı məlumatda isə deyilir ki, hazırkı mərhələdə İran tərəfi ilə Gürcüstana təbii qazın nəqli ilə bağlı konkret razılıq mövcud deyil. "Kütləvi informasiya vasitələrində İranın Ermənistan üzərindən Gürcüstana 8-15 milyon kubmetr elektrik enerjisinin istehsalı üçün təbii qaz tədarükünə başlaması ilə bağlı məlumat yayılıb. Bununla bağlı qeyd etmək lazımdır ki, hazırkı mərhələdə İran tərəfi ilə təbii qazın tədarükü ilə bağlı konkret razılıq mövcud deyil. Təbii ki, təbii qazın tədarükü məsələsi də həll olunmayıb. Onu da qeyd etmək lazımdır ki, İran dünyanın ən iri qaz istehsalçısıdır və regiondakı bütün potensial tədarükçülərlə danışıqları davam etdirir. Məqsəd Gürcüstanı uzunmüddətli perspektivdə stabil və fasiləsiz olaraq təbii qazla təchiz etməkdir", — deyə bəyanatda deyilir.

"SOCAR Energy Georgia"nın baş direktoru Mahir Məmmədov "APA-Economics"ə açıqlamasında deyib ki, SOCAR-ın Gürcüstandakı törəmə şirkəti olan "SOCAR Energy Georgia" İranın Ermənistan üzərindən Gürcüstana təbii qaz tədarükü ilə bağlı planlarını normal qiymətləndirir. Bu, SOCAR-ın Gürcüstana tədarük etdiyi qazın həcminə təsir etməyəcək: "Əgər Gürcüstan əlavə qaz həcminə ehtiyac duyursa, onu cəlb etməyə tam ixtiyarı var. Bu, SOCAR-ın Gürcüstana tədarük etdiyi qaz həcminə təsir etməyəcək. Bizim Gürcüstan hökuməti ilə 2025-ci ilə qədər müqaviləmiz var. Müqaviləyə görə, "SOCAR Energy Georgia" Gürcüstanın bütün sosial sektorunu təbii qazla təmin edəcək. Əgər müəyyən dövr ərzində bəzi səbəblər üzündən biz qaz tələbatını ödəyə bilməsək, Gürcüstan tərəfinin başqa mənbələrdən qaz tədarük etmək imkanı var".
Baş direktor bildirib ki, hər il Gürcüstan bazarında qaza olan tələbat 8-9% artır.

Xəbər lenti
0