BAKI, 6 yan — Sputnik. 1907-ci il yanvarın 6-da görkəmli bəstəkar, dirijor və musiqişünas Əfrasiyab Bədəlbəyli anadan olub.
Əfrasiyab Bədəlbəyli Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının opera və baletlərinə dirijorluq edib. İlk Azərbaycan baletinin – "Qız qalası"nın (1940), "Nizami", "Söyüdlər ağlamaz" operalarının, simfonik poema və təntənəli marşın müəllifidir.
Bir çox dram tamaşalarına musiqi bəstələyib ("Hacı Qara", "1905-ci ildə", "Fərhad və Şirin" və s.).
Uzun illər boyu "Elm və həyat" jurnalının, "Ədəbiyyat və incəsənət" qəzetinin redaksiya heyətinin üzvü olan Ə.Bədəlbəyli mətbuat orqanlarının səhifələrində ressenziyalar, tənqidi və problematik məqalələr çap etdirib. Ə.Bədəlbəyli 1976-cı il yanvar ayının 9-da vəfat edib.