BAKI, 5 yan — Sputnik. Bayram günlərində hava şəraitinin qarlı keçməsi qəzaların sayını artırıb. Dekabr ayının 31-də 4 yol qəzası baş verib və bu hadisələr zamanı 3 nəfər həyatını itirib, 10 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Yanvarın 1-də 15 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə ölüm hadisəsi baş verməsə də, 24 nəfər yaralanıb.
Yanvarın 2-də ölkədə 12 yol-nəqliyyat hadisəsi baş verib. Hadisələr zamanı 1 nəfər həyatını itirib, 14 nəfər müxtəlif bədən xəsarətləri alıb.