Sputnik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına istinadən, 2016-cı ilin qeyri-iş, rəsmi bayram və istirahət günlərini əks etdirən infoqrafika hazırlayıb. İnfoqrafikaya əsasən, 2016-cı ildə rəsmi bayram günlərinin ümumi sayı 18-dir. Bir gün — yanvarın 20-si isə Ümumxalq Hüzn Günü olduğundan qeyri-iş günü sayılır.
1 Yanvar — Yeni il bayramı, 8 mart — Beynəlxalq Qadınlar günü, 20-24 mart — Novruz bayramı, 9 may — Qələbə günü, 28 may — Respublika günü, 15 iyun — Qurtuluş günü, 26 iyun —Silahlı Qüvvələr günü, 6-7 iyul Ramazan bayramı, 12-13 sentyabr — Qurban bayramı, 9 noyabr — Dövlət bayrağı günü, 31 dekabr — Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi qeyd olunub.
Burada həftənin ilk 4 günü 8 saatlıq iş günü, 5-ci gün 6 saatlıq iş günü (qısa) kimi qeyd olunub. Həmçinin göstərilib ki, bayramlardan 5 gün qeyri-iş gününə (şənbə və bazar) düşdüyünə görə, növbəti iş günlərinə keçirilib.
2016-cı ilin iş vaxtı norması 1826 saat, il ərzində iş günlərinin sayı 241 gün, rəsmi istirahət günləri 104 gün təşkil edir.