Türkiyə sahillərində 21 mühacirin cəsədi tapıldı

© ft.comAfrikalı mühacirlər
Afrikalı mühacirlər - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin Ayvalık ilçəsinin çımərliyində 14 nəfər mühacirin cəsədi tapılıb.

BAKI, 5 yan — Sputnik. Türkiyədə Ayvalık ilçəsinin çımərliyində 14 nəfər mühacirin cəsədi tapılıb. Bu barədə Sputnik Hurriyet Daily News-ə istinadən məlumat verir.

Məlumata əsasən içərisində 22 mühacir olan qayıq Türkiyənin İzmir limanından Yunanıstanın Lesbos adasına gedirmiş. Lakin fırtınaya düşən qayıq çevrilib. Xilasedicilər 8 nəfəri qurtara biliblər. 

Daha bir məlumata əsasən, İzmirin Dikili ilçəsində sahildə 7 mühacirin cəsədi aşkar edilib. Onların arasında uşaqlar və qadınlar da var.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2015-ci ilin əvvəlindən 580 min nəfərdən çox insan dəniz yolu ilə Avropaya mühacirət edib.

Xəbər lenti
0