BAKI, 5 yan — Sputnik. Bakıda evində ölü tapılan qadına 43 bıçaq zərbəsi vurulub.
APA TV-nin məlumatına görə, hadisədən ilk olaraq öldürülən şəxsin qızı xəbər tutub, polisə də o məlumat verib.
İlkin araşdırma zamanı Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında cəsədi tapılan qadının 1960-cı il təvəllüdlü Məryəm Namədzadə olduğu müəyyənləşib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Məryəm Namədzadə Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub.