CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nardaran hadisələriylə bağlı həbs edilənlərdən 57-si azadlıqdadır

© APANardaran
Nardaran - Sputnik Azərbaycan
Abunə olmaq
Azadlığa buraxılanlar arasında özünü Nardaranın Ağa məhəlləsindəki Cümə məscidinin axundu kimi qələmə verən Ataməli Nur da var.

BAKI, 5 yan — Sputnik. Nardaran hadisələrindən sonra inzibati qaydada həbs olunan 12 nəfər bu gün azadlığa buraxılıb. Bu barədə Sputnik Trend-ə istinadən məlumat verir.

Məlumata görə, azadlığa buraxılanlar arasında özünü Nardaranın Ağa məhəlləsindəki Cümə məscidinin axundu kimi qələmə verən Ataməli Nur da var. Həmin şəxslər Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq barələrində 15 və 30 sutkalıq inzibati qaydada həbs olunan Nardaran sakinləridir. Saxlanılan şəxslərin inzibati həbs müddətləri başa çatdığı üçün azadlığa buraxılıblar.

Ümumilikdə son günlərdə Nardaran hadisələri ilə bağlı inzibati həbs edilənlərdən 57 nəfər azadlığa buraxılıb.

Azadlığa buraxılan şəxslər Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılırdı.

Xəbər lenti
0