BAKI, 5 yan-Sputnik. "Rusiyanın ABŞ-ı özü üçün təhlükə hesab etməsinə dəyməz". Bu barədə ABŞ hərbi idarəsinin təmsilçisi Ceff Devis Rusiyanın yeni milli təhlükəsizlik strategiyasını şərh edərkən söyləyib.
Sputnik-in məlumatına görə, Devis bu barədə deyib: «Onların bizi özlərinə təhlükə saymaları üçün əsasları yoxdur… Biz Rusiya ilə münaqişəyə can atmırıq. Bizim fikir ayrılığımız var, amma fundamental olaraq ABŞ-a Rusiya üçün təhlükə kimi baxmaq düzgün deyil».
Cozef Dandorf bəyan edib ki, əksinə ABŞ Rusiyanı özü üçün təhdid sayır: "ABŞ həmişə Rusiyanın imkanlarının inkişafını izləyir. Biz Rusiyanın bu imkanlarını ABŞ-a təhlükə kimi görürük".
Qeyd edək ki, ötən il dekabrın 31-də Rusiya prezidenti Vladimir Putin ölkənin milli təhlükəsizlik strategiyasının yenilənməsini təsdiq edən fərman imzalayıb.