BAKI, 8 noy — Sputnik. ABŞ Rusiya ilə müharibə istəmir, nə "soyuq", nə də "isti". Lakin biz özümüz və müttəfiqlərimizin maraqlarını müdafiə etməkdə davam edəcəyik.
Sputnik xəbər verir ki, bunu Pentaqonun rəhbəri Eşton Karter bəyan edib.
Onun sözlərinə görə, rəsmi Moskva Avropada münaqişələrə rəvac verir. "Ukrayna və Gürcüstanın suverenliyi pozulub, Baltikyanı ölkələr hədələnir. Suriyada isə Rusiya vətəndaş müharibəsinin oduna yağ tökür" — deyən Karter Rusiyanın Suriya münaqişəsində konstruktiv rol oynayacağını da istisna etməyib.