BAKI, 5 yan — Sputnik. Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı olan Bakı Şəhər Halqası (Baku City Circuit) iyun ayında keçiriləcək yarışla bağlı hazırlıq işlərini davam etdirir. Bu barədə Sputnik Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumat verir.
Məlumata əsasən, paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir.
Belə ki, asfalt örtüyünün təmiri ilə əlaqədar olaraq, Neftçilər prospektinin Zərifə Əliyeva prospekti ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinə qədər olan hissəsində yolun 2 zolağında nəqliyyat vasitələrin hərəkəti məhdudlaşdırılıb. Bununla əlaqədar olaraq, Rəşid Behbudov küçəsinin Zərifə Əliyeva prospekti ilə kəsişməsində yerləşən işıqfora sarı döyünən işıq əmri tətbiq edilib.