CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Klinton araq içdiyini necə etiraf etdi

© hillaryclinton.comHillari Klinton
Hillari Klinton - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton senator Con Makkeynlə araq içmək üstündə yarışıb.

BAKI, 2 dek-Sputnik. ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton etiraf edib ki, senator Con Makkeynlə ən çox araq içmək üstündə yarışıb.

Sputnik Trend-ə istinadla xəbər verir ki, prezidentliyə namizəd olmuş H.Klinton bildirib ki, əvvəllər də mərc üçün "araq yarışları"nda iştirak edib.

Keçmiş birinci xanım qeyd edib ki, C.Makkeyn ona meydan oxuduqdan sonra araq içmək qərarına gəlib: "Aramızda siyasi fikir ayrılıqları olsa da, masa arxasına keçərək araq içməyə başladıq. "Yarış" hər ikimizin araq içməyi dayandırmaq qənaətinə gəldikdən sonra dayandı. Fikrimcə, o zaman ikimiz də araq içməkdə öz həddimizə çatmışdıq".

Xəbər lenti
0