CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayram yeyib-içməyi iki ailəyə düşmədi

© meydanZəhərlənmə
Zəhərlənmə - Sputnik Azərbaycan
Abunə olmaq
Bir ailə boyat yeməklərdən, başqa bir ailə də pomidor turşusundan zəhərlənib.

BAKI, 2 yan-Sputnik. Bayram günlərində Bakı şəhərində qida zəhərlənməsi ilə bağlı xəstəxanalardan hər hansı məlumat daxil olmayıb, vətəndaşların müraciəti qeydə alınmayıb.

Sputnik-in məlumatına görə, bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev bildirib.

Azərbaycanın rayonlarına gəlincə, İ. Abdullayev deyib ki, yalnız dekabrın 31-də Tovuz rayonunun iki kəndində qida zəhərlənməsi qeydə alınıb. Hunanlar kəndində bir ailənin 4 üzvü öz bişirdikləri ev xörəkləri — bozbaş və kulinariya yeməkləri yedikdən sonra xəstəxanaya müraciət edib. Onların vəziyyətləri hazırda normaldır, bu gün evə buraxılacaqları gözlənilir.

Tovuzun rayonunun Qala kəndində isə bir ailənin 3 üzvü kustar yolla hazırladıqları pomidor turşusundan zəhərləniblər. Botulizm diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxslərdə yüngül hal qeydə alındığından onlar artıq evə buraxılıblar.

Xəbər lenti
0