Dubayda yanğında xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur

© reportМИД Азербайджана. Фото из архива Report.az
МИД Азербайджана. Фото из архива Report.az - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan XİN Dubayda oteldə baş vermiş yanğında vətəndaşlarımızın olub-olmaması ilə bağlı məlumat yayıb.

BAKI, 1 yan — Sputnik. İlkin məlumata əsasən, Dubayda baş vermiş yanğın nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur. Bu barədə Sputnik XİN-nin mətbuat xidmətinə istinadən məlumat verir.

Azərbaycan Respublikasının Dubay əmirliyindəki Baş Konsulluğu mehmanxanada baş vermiş yanğında xəsarat alanlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olub — olmaması məsələsini Dubay əmirliyinin rəsmi orqanları ilə araşdırır və məsələni nəzarətdə saxlayır.

Həmin mehmanxanada yeni ili qeyd edənlər arasında Azərbaycan Respublikası vətəndaşları da olub. İlkin məlumata əsasən vətəndaşlarımız arasında xəsarət alan yoxdur.

Xəbər lenti
0