Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bu il Aralıq dənizində 4000-ə yaxın qaçqın həlak olub

© ft.comAfrikalı mühacirlər
Afrikalı mühacirlər - Sputnik Azərbaycan
Abunə olmaq
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) 2015-ci ildə Avropaya qaçqın axınına dair hesabat yayıb.

BAKI, 31 dek — Sputnik. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) 2015-ci ildə Avropaya qaçqın axınına dair hesabat yayıb.

Sputnik-in AZƏRTAC-a istinadən verdiyi məlumata əsasən, hesabatda yola salmaqda olduğumuz 2015-ci ildə əsasən Aralıq dənizi vasitəsilə 1 milyon 573 qaçqının Avropaya pənah apardığı qeyd edilib. Onlardan 800 min nəfəri Türkiyədən keçməklə, 150 min nəfəri isə Şimali Afrika sahillərindən dəniz yolu ilə Avropaya daxil olub. 34 mindən çox qaçqın isə quru yolu ilə Türkiyədən keçməklə Avropa ərazisinə keçib. Qaçqınların 84 faizi dünyanın böhranlı on ölkəsinin payına düşür. Əsasən İtaliya və Yunanıstan istiqamətində həyata keçirilən qorxulu dəniz səfərlərində 3735 nəfər həlak olub və ya itkin düşüb.

Həlak olanlarla bağlı danışan BMT QAK-ın Avropa Bürosunun direktoru Vinsent Koxetel deyib: “Təəssüf ki, 3700-dən artıq uşaq, qadın və kişi təhlükəli dəniz səfərindən sağ çıxmayıb və yeni başlanğıca olan ümidlər onlarla birlikdə məhv olub”. O, əlavə edib ki, əgər qaçqınların Avropaya gəlməsi üçün leqal yollar olsaydı, dənizdə batanların sayı daha az olardı.

Xəbər lenti
0