Yeni il və Milad bayramını qeyd etməyin qadağan olunduğu ölkələrin sayı hər il artır. Bruney, Somali və Tacikistanda bayram üçün küknar ağacları rəsmi olaraq qadağandır.
Bruneydə milad işıqları və həyətdə bəzədilmiş küknar ağacına görə 20 min dollar cərimə və ya 5 il müddətinə həbs olunmaq olar. Hər iki cəzanı bir anda qazanmaq da mümkündür. Eyni cəza küçədə Santa Klaus kostyumu ilə gəzmək istəyən şəxsləri də gözləyir. Hətta əcnəbilərin qaldıqları otellərə belə öz qonaqlarını parlaq bəzəklərlə qarşılamaları qadağan edilib. Yeni il və Milad bayramı qadağalarına sultanın tabeliyində olan şəxslərin əməl edib-etməməyi, hələ ki məlum deyil. Belə görünür ki, sultan, bütün ölkə ərazisində “xarici bayramları” qadağan edən Səudiyyə kralının yolu ilə getmək istəyir. Lakin Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri kimi qonşu ölkələrdə oxşar bayramlarla heç bir problem yaşanmır.
Somalidə Milad bayramı ərəfəsində şənlənmək istəyirsənsə, bunu bağlı qapılar arxasında, yəni öz evində etməlisən. Orada hakimiyyət, polis və milli təhlükəsizlik orqanlarına ictimai şənliklərin qarşısını almaq barədə əmr verib. Bu addım onunla izah olunur ki, hakimiyyət Somali ərazisində yaşayan müsəlman ekstremistləri “təhrik” etmək istəmir.
Təəccüblüdür ki, artıq üç ildir oxşar siyasəti, heç bir ekstremist müsəlmanı olmayan, Tacikistan hökuməti də həyata keçirilir. Heç bir Şaxta baba, milad ağacı və təbrik kartları olmaz. Bunun səbəbi isə odur ki, taciklərin yeni il üçün öz bayramları – Novruz bayramı var. Orada məhz onu qeyd etmək lazımdır.
Qonşu İranda isə Milad bayramına aid heç bir qadağa yoxdur. Təbii ki, orada bu bayramı əsasən yerli xristianlar qeyd edirlər. Bununla yanaşı, onlar gizlənmək haqda da düşünmürlər – bayram zamanı Tehranın xristianlar məhəllələri küknar ağacının budaqları və çələnglərlə bol olur.
Amerikanın Texas statındakı “Berryhill Baja Grill” restoranlar şəbəkəsi isə dini tolerantlıq siyasətindən imtina edib. Müştərilər hazır olmalıdırlar – onlar bunu istəsələr də, istəməsələr də, restorana girərkən onları Milad bayramı münasibətilə təbrik edəcəklər. Kimsə bundan narazıdırsa, restoranı tərk edə bilər — onlar heç kimi məcbur saxlamayacaqlar.
Bu il Avropa qitəsi də təəccüb doğurur. Belə ki, Madridin yerli hakimiyyət orqanları gender bərabərliyi problemi ilə məşğuldurlar. Onlar Milad yürüşlərində iştirak edən üç müdrik kişinin birini qadınla əvəz etmək istəyirlər. Yəni yanvarın 5-i İspaniyanın paytaxt küçələrindən iki sehrbaz hökmdar və bir şahzadə keçə bilər. Buna görə qalmaqal da yaranıb, lakin hakimiyyət öz niyyətində qətidir. Hakimiyyət orqanlarının nümayəndəsi bildirib ki, bu işlə qadın da bacarar.
Yaxşı, olsun bərabərlik. Yəqin ki, tezliklə haradasa Santa Klaus da ətək geyinəcək. Anlamaq olmur, insanı daha çox nə dəhşətə gətirir: qəti qadağalar yoxsa bayramların “müasir şərhi”.