Kimlərin adı əfv siyahısında olmadı?

© Sputnik/ Мурад ОруджевНовогодние украшения вдоль дороги
Новогодние украшения вдоль дороги - Sputnik Azərbaycan
Abunə olmaq
Hüquq müdafiəçiləri sonuncu əfv sərəncamını dəyərləndirir

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 28-də məhkum edilmiş bir qrup şəxsin əfv olunması haqqında sərəncam imzalyıb.

 Əfv sərəncamında 210 nəfərin adı var. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 198 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. İslah işləri cəzasına məhkum edilmiş 3 nəfər, cərimə cəzasına məhkum edilmiş 9 nəfər cəzadan azad edilib. 

Hüquq müdafiəçisi Səadət Bənanyarlı sözügedən əfv fərmanını belə qiymətləndirib:

“Ümumiyyətlə bütün əfv fərmanlarını verilməsini müsbət qiymətləndirirəm. Yüzlərlə insan azadlığa çıxır, nə qədər ailələr sevinir. Bu baxımdan bu, xoş addımdır. 210 nəfər məhbus əfv olunub. Göstərici olaraq pis deyil. Amma, təəssüf doğuran situasiya ondan ibarətdir ki, vətəndaş cəmiyyəti təmsilçiləri bu siyahiya daxil olmadı. Siyahıda olan məhkumların bir neçəsinin azadlığa çıxacağına ümid eləyirdim. Ancaq, heç birinin adını əfv siyahısında tapmadıq”.

Hüquq müdafiəçisi Sahib Məmmədov isə fikirləşir sərəncam ona bəslənən bir çox ümidləri doğrultmadı:

“Bu sərancama münasibətim birmənalı olaraq yaxşıdır. Əfv sərəncamından öncə ictimai sektorda olan bəzi şəxslərin azadlığa çıxacağı ilə bağlı gözləntilərim var idi. Çox ümidlə gözləyirdim ki, Tofiq Yaqublunun və hüquq müdafiəçisi Taleh Xasməmmədov kimi bəzi şəxslərin adı bu siyahıda olacaq. Amma, bunlar olmadı. Bu yaxınlarda həmin məhkumların “qeyrətli” dostları 93 nəfərlik siyahı ortaya çıxardılar. Onunla da hökümətə demək istədilər ki, siz kimi əfv edib etməməyinizdən asılı olmayaraq biz siyahını 90-dan aşağı salmayacayıq. Onlara tapşırıq verilib ki, MDB ölkələri arasında ən böyük siyahı Azərbaycanda olmalıdır”.

Qeyd edək ki, hüquq müdafiəçisi Novella Cəfəroğlu  dekabrın 24-də APA-ya açıqlamasında İnsan hüquq məsələləri üzrə Birgə İşçi Qrup tərəfindən həbsdə olan şəxslərlə bağlı 22 nəfərlik siyahının hazırlanıb Əfv Komissiyasına təqdim edildiyini bildirmişdir.

Xəbər lenti
0