CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azersun Holding"ə məxsus şirkət bağlandı

© Photo : Businesset"Azərsun Holding"in binası
Azərsun Holdingin binası - Sputnik Azərbaycan
Abunə olmaq
"Trust Asset Management" MMC ləğv olunduğunu elan edib.

BAKI, 30 dek-Sputnik."Azersun Holding" MMC-nin tərkibindəki Azərbaycanda aktivlərin idarə edilməsi fəaliyyəti ilə məşğul olan "Trust Asset Management" MMC ləğv olunub.

Sputnik Vergilər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, "Trust Asset Management" MMC ləğv olunduğunu elan edib.

Kreditorlar bu MMC-yə dair tələblərini Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 94 ünvanına bildirə bilərlər.

"Trust Asset Management" MMC "Trust Asset Management" MMC 22 iyul 2014-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 500 min manat təşkil edən şirkətin rəsmi təmsilçisi, "Azersun Holding" MMC-nin baş direktoru Ahmet Yemandır.

31 oktyabr 2014-cü il tarixində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Trust Asset Management" MMC-yə aktivlərin idarə olunması üzrə fəaliyyət ilə məşğul olmaq üçün müddətsiz yeni xüsusi razılıq (lisenziya) verilib.

Xəbər lenti
0