BAKI, 30 dek-Sputnik. Azərbaycanda daha bir məşhur sığorta şirkəti ləğv olunub.
Sputnik Vergilər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, "Qarant Sığorta" ASC ləğv olunduğunu elan edib.
Kreditorlar öz tələblərini iki ay ərzində Bakı şəhər, Sarabski küçəsi, məhəllə 657, "Garant Holdinq"in binasının 6-cı mərtəbəsi ünvanına bildirə bilərlər.