BAKI, 30 dek-Sputnik. Baxmayaraq ki, valyutadəyişmə məntəqələrində 1 dollar 1.6400 — 1.7000-ə satılır, Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnələrində ciddi fərq nəzərə çarpır.
AMB-nin məlumatına görə, bu gün dekabrın 29-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi yenə möhkəmlənib.
Sputnik-in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının dekabrın 30-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 29-u ilə müqayisədə 0,1% və ya 0,0016 manat artaraq 1,5594 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,28% və ya 0,0048 manat azalaraq 1,7046 manata enib.
Manata nəzərən Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0216 manat səviyyəsində qərarlaşıb.