BAKI, 30 dek-Sputnik. Dekabrın 31-də Türkiyədən Azərbaycana həyata keçiriləcək uçuşlar təxirə salınıb.
Sputnik-in məlumatına görə, bu barədə Türk Hava Yollarının (THY) rəsmi səhifəsində məlumat verilir. Uçuşların təxirə salınmasına səbəb dekabrın 30-31-də İstanbulda gözlənilən qarlı hava şəraitidir.
Dekabrın 31-də İstanbul Atatürk Hava Limanından Bakı, Naxçıvan və Gəncə istiqamətində həyata keçirilməsi nəzərdə tutulan uçuşlar təxirə salınıb.
Kəskin hava şəraiti ilə əlaqədar THY ümumilikdə 142 uçuşunu müvəqqəti dayandırıb.
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Sputnik-ə bildirib ki, bu gün AZAL-ın Bakı-İstanbul reysi üzrə iki təyyarəsi uçacaq. Sabahkı uçuşlar isə hələlik təxirə salınmayıb. Əgər fors-major olsa, o zaman AZAL uçuşun təxirə salınması barədə qərar qəbul edəcək.