YAP-çı deputat Rövşən Rzayevin antiamerikan layihəsinə etiraz etdi

© Sputnik / Владимир Федоренко / Mediabanka keçidГорода мира. Баку
Города мира. Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Siyavuş Novruzov: Media orqanlarında, sosial şəbəklərdə antiamerika kampaniyasının başlanılması düzgün deyil.

BAKI, 29 dek-Sputnik. YAP-çı millət vəkili Siyavuş Novruzov Milli Məclisin bugünkü plenar iclasında həmkarı Rövşən Rzayevin ABŞ-a qarşı hazırladığı layihə ucbatından bəzi media orqanlarında, sosial şəbəklərdə antiamerika kampaniyasının başlanılmasna etiraz edib.

Президент Ильхам Алиев на первом заседании Милли Меджлиса (парламента) пятого созыва - Sputnik Azərbaycan
SİYASƏT
Azərbaycan ABŞ siyasi elitasını ölkəyə buraxmaya bilər

Sputnik xəbər verir ki, Novruzov Amerika ilə Azərbaycan arasında normal münasibətlər olduğunu və bunu davam etdirmək istədiklərini bildirib: "Amerika ilə Azərbaycan arasında normal münasibətlər var və biz bu əməkdaşlığın davam etdirilməsində maraqlıyıq. Amma təəssüflər olsun ki, bəzi siyasətçilər, KİV nümayəndələri Rövşən Rzayevin hazırladığı qərar layihəsindən sonra Amerikaya qarşı mətbuatda hücuma keçiblər. Bu düzgün deyil".

Spiker Oqtay Əsədov isə deputata cavabında deyib: "Rövşən Rzayev nə parlamentdir, nə də Azərbaycan hökumətidir. O, öz təşəbbüsü ilə belə bir layihəylə çıxış edib. Onun belə bir layihə ilə çıxış etmək hüququ var.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev parlamentə "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qanun layihəsi təqdim edib. Layihədə Azərbaycan tərəfindən ABŞ-a qarşı bir sıra sanksiyaların tətbiqi nəzərdə tutulur.

Xəbər lenti
0