BAKI, 29 dek-Sputnik. Azərbaycan banklarının əksəriyyəti xarici valyutanın satışını dayandırıb.
Sputnik Fins-ə istinadla xəbər verir ki, buna səbəb tələbatın çox olması ilə əlaqədar dollar və avro çatışmazlığının yaranması, eləcə də xarici valyutanın gələcək qiyməti ilə bağlı qeyri-müəyyən vəziyyətinin hökm sürməsidir.
Bu səbəbdən də, bankların çox dollar və avro almaq istəyən müştərilərinə "Yox" cavabı verir. Bəzi banklarda isə satış limitlə — adambaşına 500-1000 dollardan və yaxud avrodan çox olmamaq şərti ilə həyata keçirilir.
Valyuta satmayan banklar bunlardır:
— «AFB Bank»
— «Bank Respublika»
— «Caspian Development Bank»
— «Muğanbank»
— «Amrahbank»
— «Ata Bank»
— «Bank of Baku»