Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Səhiyyə nazirinin oğlu xarici bankın rəhbəri təyin edildi

Abunə olmaq
Oqtay Şirəliyevin oğlu Murad Şirəliyev Azərbaycan Beynəlxalq Bankının Moskva filialının rəhbəri oldu.

BAKI, 29 dek-Sputnik. "Azərbaycan Beynəlxalq Bankı-Moskva" ASC-nin ("ABB-Moskva") Müşahidə Şurasının yeni tərkibi açıqlanıb.

Sputnik APA-Economicsə istinadla xəbər verir ki, Şuranın sədri postunu Murad Oqtay oğlu Şirəliyev tutub. Murad Şirəliyev Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədr müavinidir. O, eyni zamanda Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin oğludur.

© marjaMurad Şirəliyev - Azərbaycan Beynəlxalq Bankı-Moskvanın rəhbəri
Murad Şirəliyev - Azərbaycan Beynəlxalq Bankı-Moskvanın rəhbəri - Sputnik Azərbaycan
Murad Şirəliyev - Azərbaycan Beynəlxalq Bankı-Moskvanın rəhbəri

Müşahidə Şurasının digər iki üzvü isə İslamov Fuad Rafik oğlu və Dadaşov Məzahir Haqverdi oğludur. F. İslamov ABB-nin baş direktoru, M. Dadaşov isə ABB-nin Risklərin idarə edilməsi departamentinin direktorudur.

Bundan əvvəl Müşahidə Şurasının sədri Hüseynov Qubad Əbdül Hüseyn oğlu olub. Q. Hüseynovun rəhbərliyi dönəmində şuranın üzvləri Həbibullayev Elmir Şirin oğlu və Hüseynov İlqar Orucəli oğlu idi. E. Həbibullayev hazırda ABB-nin baş direktorudur.

Xəbər lenti
0