Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Manat yenə ucuzlaşdı

© report.azPul
Pul - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan manatının dəyərdən düşməsi prosesi davam etməkdədir.

BAKI, 29 dek-Sputnik. Azərbaycan manatının dəyərdən düşməsi prosesi davam etməkdədir. Bu gün dekabrın 28-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi yüksəlib. 

Sputnik Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 29-na olan rəsmi məzənnələr bülleteninə istinadən xəbər verir ki, ölkədə ABŞ dolların rəsmi məzənnəsi dekabrın 28-i ilə müqayisədə 0,11% və ya 0,0017 manat artaraq 1,5578 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 0,09% və ya 0,0015 manat artaraq 1,7094 manata yüksəlib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,05% və ya 0,0005 manat azalaraq 0,0226 manat olub.

Xəbər lenti
0