BAKI, 28 dek — Sputnik. Suriya ordusunun hissələri Rusiya aviasiyasının köməyi ilə İŞİD təşkilatının paytaxtı olan Rakka şəhərinə hücum edirlər. RİA Novosti-nin xəbərinə görə, bu barədə Rusiya BQ Baş operativ idarəsinin rəisi general-leytenant Sergey Rudskoy məlumat verib.
Onun sözlərinə görə, Dəməşqin ətrafında da hökumət qüvvələri Şərqi Quta istiqamətində hücum edirlər.
"Digər istiqamətlərdə də hücumlar başlayıb. Rusiya aviasiyasının köməyi ilə Ayman Flət əl-Qənimin başçılıq etdiyi Suriya ordusunun hissələri İŞİD-in paytaxtı olan Rakka şəhərinə hücum edirlər", — deyil Rudskoy bildirib.