SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Millət vəkili: əfv sərəncamı hələ rəsmi deyil

© Photo : REPORTAydın Mirzəzadə - millət vəkili
Aydın Mirzəzadə - millət vəkili - Sputnik Azərbaycan
Abunə olmaq
Aydın Mirzəzadə: Ortada hələ rəsmi heç nə yoxdur və rəsmi olmayan bir şeyə fikir bildirmək düzgün deyil.

BAKI, 28 dek – Sputnik. “Prezidentin əfv fərmanı imzaladığı barədə deyilənlər, hələki ortada gəzən söz-söhbətlərdir”. Bunu Sputnik-ə müsahibəsində millət vəkili Aydın Mirzəzadə deyib. 

Onun sözlərinə görə ortada hələ rəsmi heçnə yoxdur və rəsmi olmayan birşeyə fikir bildirmək düzgün deyil.

Prezident yanında Əfv Komissiyasının üzvü, millət vəkili Azay Quliyev özünün “facebook” səhifəsində, ölkə başçısı İlham Əliyevin əfv sərəncamı imzaladığını və 210 nəfərin azadlığa buraxıldığını  yazıb. Həmin statusu sizə təqdim edirik:

“Cənab Prezident gözlənilən əfv sərəncamını imzaladı və 210 nəfər cəzanın qalan hissəsindən azad edildi. Cənab Prezidentə qəbul etdiyi belə bir humanist qərara görə təşəkkürümü bildirir və əfv olunanları isə təbrik edirəm”.

Xəbər lenti
0