BAKI, 28 dek – Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistana səfəri öncəsi Əl-Ərəbiyyə telekanalına özəl müsahibə verib.
Ərdoğan müsahibəsində Rusiya və Suriya ilə bağlı maraqlı detallara toxunub.
Bağdadda yaradılan, İraq, İran, Rusiya və Suriyanı da özündə birləşdirən “Terror əleyhinə məlumat bürosu”na Putindən rəsmi dəvət aldığını deyən Ərdoğan təkliflə razılaşmadığını söyləyib:
“Bu qurum necə ədalətli ola bilər axı? Dünyanın qəbul etmədiyi Əsəd rejimi ilə eyni masa ətrafında necə oturmaq olar? Öz xalqına qarşı soyqırım işlədən adamla Türkiyə heç vaxt yan-yana gəlməz. Ona görə də biz bu dəvəti rədd etdik”.
Ərdoğan daha sonda əlavə edib: “Rusiya İŞİD-i bombaladığını deyir. Yalan danışırlar, əlimizdə sübutlar var. Onların kəşfiyyat xidməti varsa, bizim də var. Kim harada nə edir, hamısını çox yaxşı bilirik. Günahsız insanlar mərhəmətsizcə öldürülür”.