Sputnik-in məlumatına görə, səhər saatlarından Bakıdakı valyuta dəyişmə məntəqələrində uzun növbələr müşahidə olunur.
Agentliyin keçirdiyi monitorinqin nəticəsində aşkar edilib ki, hal-hazırda valyuta dəyişmə məntəqələrində valyuta 1,585 AZN/USD alınır, 1,597 AZN/USD qiymətinə isə satılır.
Xatırladaq ki Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub. Nəticədə avro və dolların məzənnəsi manata nisbətdə 47,6% və 47,9% artaraq müvafiq olaraq 1,55 və 1,685 manat təşkil edib.
Manatın ucuzlaşmasının ardınca, bütün növdən olan məhsulların satış qiymətləri artıb. Bundan sonra Azərbaycan sakinləri kütləvi şəkildə manatları dollara dəyişməyə tələsiblər.
Son günlər vəziyyət üzrə, bakılılar şəhərin mərkəzində yerləşən valyutadəyişmə məntəqələrinin əksəriyyətində dollar ehtiyatlarını artıq bütünlüklə alıblar. Valyutadəyişmə məntəqələrinin böyük hissəsi dünəndən etibarən artıq dollar satmır.