BAKI, 28 dek-Sputnik. İrəvandakı qədim "Göy məscid"in 99 illiyə İrana icarəyə verilməsi ilə bağlı razılıq bir neçə il öncə əldə olunub. İndi həmin razılaşmanın icrasına başlanılıb.
Sputnik APA-ya istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Cabiri Ənsari ənənəvi brifinqdə deyib.
O bildirib ki, imzalanmış sənədə uyğun olaraq hazırda məscidlə bağlı bəzi işlər görülür.
Ermənistan hökuməti dekabrın 10-da İrəvandakı Göy məscid və ona bitişik ərazilərin Ermənistana məxsus olması barədə qərar qəbul edib. Məscid Ermənistanın tarixi və mədəni abidələri siyahısına salınacaq. Eyni zamanda, dövlət qeydiyyatından keçdikdən sonra məscidin 99 illiyə İran İslam Respublikasının istifadəsinə verilməsi məsələsi ilə bağlı bu ölkənin Ermənistandakı səfirliyi ilə müqavilə imzalanıb. İran məsciddən mədəniyyət mərkəzi kimi istifadə edəcək.