BAKI, 28 dek-Sputnik. Azərbaycan prezidenti İlham Əliyev dekabrın 28-də "Bakı Metropoliteni" QSC-nin "Elmlər Akademiyası" stansiyasının yeni inşa olunan ikinci çıxışının açılışında iştirak edib.
Sputnik-in məlumatına görə, dövlət başçısı yeni çıxışın rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyevə metronun "Elmlər Akademiyası" stansiyasının planı və yeni çıxışda görülən işlər barədə məlumat verilib.
Prezident yeni çıxışda yaradılan şəraitlə tanış olub.
Metronun "Elmlər Akademiyası" stansiyasının yeni çıxışı Bakı Dövlət Universitetinin qarşısındadır. Bu gün səhər saatlarında prezidentin gəlişi münasibətilə "Elmlər Akademiyası" stansiyasına giriş bağlanıb. Sakinlər və tələbələr üçün metronun çıxışından sola hərəkət dayandırılıb.