Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Mərkəzi Bank 1 dolların 2 manat olması məsələsinə aydınlıq gətirdi

© www.cbar.azНацбанк АР
Нацбанк АР - Sputnik Azərbaycan
Abunə olmaq
Mərkəzi Bank: Hazırda valyuta bazarının tələbatı hərraclar vasitəsilə təmin olunur.

BAKl, 28 dek-Sputnik. Manatın məzənnəsinin növbəti dəfə devalvasiyası və 2 manat müəyyən olunacağı ilə bağlı 26-27 dekabr 2015-ci il tarixlərində — ötən şənbə və bazar günündə ictimaiyyət arasında yayılmış şayiələrin əsası yoxdur.

Нацбанк АР - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Mərkəzi Bankın rezervləri dəhşətli dərəcədə aşağı düşüb

Bu barədə məlumatı Sputnik-in sorğusuna cavab olaraq Mərkəzi Bank verib.

Bankın açıqlamasında bildirilir ki, Mərkəzi Bank tərəfindən bəyan olunmuş üzən məzənnə rejiminə uyğun olaraq manatın məzənnəsi valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşdırılır.

Mərkəzi Bankın valyuta bazarında iştirakı üzən məzənnə rejiminə uyğun həyata keçirilir və hazırda valyuta bazarının tələbatı hərraclar vasitəsilə təmin olunur.

Bazar günü Bakıda valyuta mübadiləsi məntəqələri işləməyib, "qara bazar"dakı spekulyasiyalar Azərbaycan valyutasının kursunu 1 dollar = 2 manat səviyyəsinədək qaldırıblar. Nəticə olaraq, əhali arasında manatın növbəti devalvasiyası gözləntiləri artıb.

Xəbər lenti
0