BAKI, 28 dek-Sputnik. Hazırda ölkə ərazisində müşahidə olunan temperatur iqlim normasından bir qədər yüksəkdir.
Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyevə istinadən xəbər verir ki, müşahidə olunan temperaturun iqlim normasından bir qədər yüksək olmasına baxmayaraq, ölkə ərazisində anomal temperatur qeydə alınmayıb.
Baş hidroloqun sözlərinə görə, əvvəlki illərdə hazırda müşahidə olunan temperaturdan daha isti temperaturlar qeydə alınıb. Hazırkı temperatur dekabr ayı üçün nisbətən xarakterik hesab olunur.
Verdiyev deyib ki, Azərbaycan ərazisində hava şəraitinin kəskin şəkildə dəyişəcəyi hələlik proqnozlaşdırılmayıb. Bu barədə sabah ətraflı məlumat veriləcək. Hava şəraiti tez-tez dəyişdiyindən, uzunmüddətli proqnozlar vermək çətindir.