CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayramla bağlı yarmarkalara nəzarət gücləndirilib

© xeberleKəndə Təsərrüfatı Nazirliyinin satış yarmarkası
Kəndə Təsərrüfatı Nazirliyinin satış yarmarkası - Sputnik Azərbaycan
Abunə olmaq
Bayram günləri ərəfəsində və bayram günlərində Dövlət Baytarlıq Nəzarəti Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Məqsəd əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq məhsulu almasını təmin etməkdir.

BAKI, 28 dek — Sputnik. 31 dekabr — Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə Bakının müxtəlif rayonlarında və Sumqayıt şəhərində (26-31 dekabr tarixlərində) təşkil etdiyi kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında, eləcə də bazarlarda ciddi baytarlıq nəzarətinin aparılmasını nəzərdə tutub. Bu barədə Sputnik Xidmətin saytına istinadən məlumat verir.

Məlumata əsasən, həmçinin respublikanın digər şəhər və rayonlarında təşkil olunacaq yarmarka və bazarlarda da əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq məhsullarını almalarını təmin etmək, eyni zamanda heyvanlardan, heyvan mənşəli məhsullardan insanlara keçə biləcək xəstəliklərin qarşısını almaq məqsədi ilə gücləndirilmiş iş rejiminə keçərək reydlər təşkil edəcək.

Bayram günləri ərəfəsində, eləcə də bayram günləri Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti və onun tabeliyində olan baytarlıq (baytarlıq-sanitariya) fəaliyyətini həyata keçirən bütün təşkilatlar gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirəcəklər.

Bu işin yüksək səviyyədə təşkili üçün ayrılmış məntəqədə səyyar baytarlıq-sanitariya ekspertiza laboratoriyaları fəaliyyət göstərəcək.

Xəbər lenti
0